AZ

Ukrayna kəşfiyyat rəhbəri: Razılaşma ilin sonunu gözləmədən əldə olunmalıdır

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov atəşkəs razılaşmasının “mümkün qədər tez” əldə olunmasının mümkün olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, bu fikri Bloomberg agentliyinə verdiyi müsahibədə səsləndirib.

Budanovun sözlərinə görə, razılıq ilin sonunadək yox, daha tez əldə olunmalıdır. Bunun üçün Ukrayna, Rusiya və ABŞ arasında əməkdaşlıq vacibdir.

“Bu, realdırmı? Bəli. Çətindirmi? Xeyr”, – deyə Budanov vurğulayıb.

Seçilən
17
nocomment.az

1Mənbələr