ain.az, Turkstan.az portalına istinadən məlumat verir.
Fransanın "France Bleu" telekanalının məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun İngiltərə baş naziri Keir Starmer ilə Londona səfəri zamanı açıqladığı və iki ölkə arasında qeyri-qanuni miqrantların mübadiləsini nəzərdə tutan razılaşma tənqidlərə səbəb olub.Turkustan.az xəbər verir ki, dünən açıqlanan və İngiltərəyə qeyri-qanuni yollarla Manş boğazı ilə gələn miqrantların Fransaya geri göndərilməsini və bunun müqabilində İngiltərənin lazımi şərtləri yerinə yetirməsi şərti ilə göndərdiyi sayda qeyri-qanuni miqrantı qəbul etməsini nəzərdə tutan razılaşma, Fransaya qarşı olduğu səbəbiylə tənqidlərə səbəb oldu.Fransanın La-Manş sahilində qeyri-qanuni miqrantlar üçün mərkəzə çevrilmiş Pas-de-Kale əyalətinin meri Natacha Buhart France Info-ya müsahibəsində razılaşmadan qəzəbləndiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.