Bakı. Trend:
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-DabidəAzərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziriNikol Paşinyan arasında baş tutan görüş regionun gələcəyi üçünmühüm bir mərhələ oldu.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"Bu görüşün ən fərqli cəhəti onun vasitəçilərsiz, yəni tamamiləiki ölkə rəhbərinin iradəsinə əsaslanan formatda keçirilməsi idi.Beləliklə, danışıqlarda hər hansı üçüncü tərəfin maraqları deyil,yalnız region ölkələrinin - Azərbaycan və Ermənistanın millimaraqları ön planda dayanırdı. Bu görüş həm formatına, həm dəməzmununa görə mühüm əhəmiyyət kəsb edir. Konstruktiv ab-havadakeçən müzakirələr, sülh gündəliyinin əsas istiqamətləri üzrəaparılan açıq və məzmunlu dialoq bir daha göstərdi ki, Prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sabitlik vətəhlükəsizlik naminə prinsipial və ardıcıl siyasət yürüdür", - obildirib.
A.Qarayev qeyd edib ki, Əbu-Dabi görüşünün gündəliyində regionungələcəyi üçün həlledici əhəmiyyət kəsb edən üç əsas istiqamət önplana çıxıb. Bunlar sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizininaçılması və inkişafı və sülh sazişinin paraflanması olub.
"Sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan əvvəlkinailiyyətlərin dəyərləndirilməsi, bu prosesin davam etdirilməsiüçün dövlət komissiyalarına tapşırıqlar verilməsi rəsmi Bakınınmünaqişədən sonra yaranmış yeni reallıqları beynəlxalq hüquqçərçivəsində tam şəkildə rəsmiləşdirmək niyyətinin göstəricisidir.Bu, eyni zamanda, Ermənistanın bu reallığı qəbul etməyə məcburqaldığını da sübut edir. Zəngəzur dəhlizi məsələsi isə Azərbaycanınregional kommunikasiya layihələrindəki strateji liderliyini birdaha nümayiş etdirdi. Bu dəhlizin açılması təkcə iki ölkə arasındadeyil, ümumilikdə regionda iqtisadi inteqrasiyanın və logistikpotensialın artması deməkdir. Azərbaycan dəhlizin təkcə özmaraqları üçün deyil, bütövlükdə Cənubi Qafqazın rifahı üçün önəmliolduğunu dəfələrlə bəyan edib və bu məsələdə təşəbbüskar kimi çıxışedir", - o bildirib.
Onun sözlərinə görə, sülh sazişinin paraflanması ilə bağlıaparılan məzmunlu müzakirələr isə artıq danışıqların son mərhələyəyaxınlaşdığını göstərir.
"Prezident İlham Əliyev bu prosesin başlanğıcından etibarənardıcıl və prinsipial mövqe sərgiləyərək Ermənistanlamünasibətlərin normallaşması istiqamətində iradə ortaya qoyub. Bugörüşdə də Azərbaycan tərəfi konkret nəticələrə yönəlmiş dialoquntərəfdarı olduğunu nümayiş etdirdi", - o bildirib.
Politoloq qeyd edib ki, Əbu-Dabi görüşü bir daha göstərdi ki,Azərbaycan regional gündəliyin əsas müəyyənedicisidir.
"Siyasi reallıqlar fonunda Prezident İlham Əliyev proseslərətəkcə iştirakçı deyil, həm də təşəbbüskar lider kimi rəhbərlikedir. Dövlətimizin başçısı post-münaqişə dövründə regionda davamlısülh və əməkdaşlıq mühitinin formalaşması üçün həm ikitərəfli, həmdə çoxtərəfli platformalarda fəal diplomatiya yürüdür.Vasitəçilərsiz keçirilən bu görüş Azərbaycanın Ermənistana vəbeynəlxalq ictimaiyyətə bir mesajı idi: Bakı artıq diqtə olunandanışıqlar formatına deyil, bərabərhüquqlu və açıq siyasi dialoqaüstünlük verir. Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyünü bərpaetdikdən sonra yeni mərhələyə - münasibətlərin bərpası mərhələsinəkeçmək üçün real və siyasi cəhətdən güclü mövqedə olduğunu nümayişetdirir", - o bildirib.
A.Qarayev vurğulayıb ki, Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi tərəfindən görüşün yekunlarına dair yayılan bəyanatdaqeyd olunur ki, ikitərəfli formatda danışıqlar normallaşma prosesiilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli yoldur.
"Bu, dolayısı ilə əvvəlki illərdə nəticəsiz qalan və əsasənxarici vasitəçilərin maraqlarına xidmət edən formatlardan fərqliolaraq, real nəticəyə hesablanan bir yanaşmadır. Həmçinin görüşdətərəflər etimad quruculuğu tədbirlərinin davam etdirilməsi barədərazılığa gəliblər. Bu cür razılaşmalar gələcəkdə qarşılıqlı inamınformalaşması və davamlı sülh üçün zəruri olan psixoloji və sosialzəminin hazırlanmasına xidmət edəcək", - o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev vəErmənistan baş naziri görüşün təşkilinə görə Birləşmiş ƏrəbƏmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanatəşəkkür ediblər. Bu təşəkkür sadəcə diplomatik etiket deyil, həmdə BƏƏ-nin regionda neytral, amma dəstəkverici rola sahib olabiləcəyini göstərir: "Əbu-Dabi görüşü Cənubi Qafqazda sülhprosesinə yeni coğrafi və siyasi nəfəs gətirdi".
Onun sözlərinə görə, Əbu-Dabidə baş tutan bu tarixi görüş CənubiQafqazda yeni bir mərhələnin başlanğıcı sayıla bilər.
"İlk dəfə vasitəçilərsiz keçirilən, açıq və nəticəyönümlü birformatda aparılan danışıqlar göstərdi ki, Azərbaycan öz siyasiiradəsi, diplomatik təşəbbüskarlığı və prinsipial mövqeyi iləregionda sülhün əsas aparıcı qüvvəsinə çevrilib. Prezident İlhamƏliyevin liderliyində Azərbaycan bu prosesi təkcə öz maraqları üçündeyil, həm də regionun təhlükəsizliyi və inkişafı üçün davametdirir. Əgər qarşı tərəf də eyni səviyyədə siyasi iradəgöstərərsə, sülh sazişi yaxın perspektivdə reallaşa bilər", -A.Qarayev əlavə edib.