AZ

Yaxın günlərdə PKK-nın silahları təhvil verməsinin ikinci mərhələsinə başlanılacaq

Keçmiş PKK terror təşkilatı tərəfdarlarının silahları təhvil verməsi prosesinin ikinci mərhələsinə yaxın günlərdə başlanılacaq.

"Report" xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, silahların təhvil verilməsinin növbəti mərhələsinə bir neçə gün ərzində başlanılacaq və bu, bölgə dağlarındakı bir neçə məntəqədə həyata keçiriləcək.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində silahların təhvil verilməsinin ilkin mərhələsi bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində həyata keçirilib.

Seçilən
25
10
report.az

10Mənbələr