ain.az, Olke.az saytına istinadən bildirir.
Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçi olduğu "Şaxtyor Donetsk" 6-0-lıq qələbə ilə rekorda imza atıb.
Ölkə.Az Ukrayna mediasına istinadən xəbər verir ki, bundan əvvəl ən böyük fərqlə qələbə 2000-ci ildə "Levedia" üzərində olmuşdu - 5-1.
Arda Turanın komandası bu nəticə ilə avrokubokların seçmə mərhələsində klub tarixinin ən böyük fərqlə qalibiyyətini əldə edib.
Baş məşqçi matçdan sonra bildirib ki, belə böyük nəticə qazanmaq çətindir, rəqib yaxşı oynadı, amma komandası ciddi hazırlaşıb və bir çox oyun prinsiplərini tətbiq edib. Hələ də inkişaf etməyə ehtiyac var və cavab qarşılaşmasına ciddi hazırlaşacaqlar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.