AZ

QHT.az saytının 10 yaşı tamam olub

2015-ci ildə yaradılan QHT.az saytının bu gün 10 yaşı tamam olub.

Mia.az xəbər verir ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandırmaq məqsədilə ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərən "QHT.az" saytının baş redaktoru Cəsarət Hüseynzadədir.

"Sayt heç bir qurumun mövqeyini ifadə etmir, tam müstəqil internet portalı olaraq fəaliyyət göstərir. Əsas tərəfdaşlarımız isə elə qeyri-hökumət təşkilatlarının özləridir". 

Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan QHT.az bu gün ixtisaslaşmış media subyektləri sırasında özünəməxsus yer tutur və geniş oxucu auditoriyasına malikdir: QHT.az saytı sosial yönümlü və davamlı bir layihədir. Bu davamlılığın arxasında isə bizimlə çiyin-çiyinə addımlayan QHT-lər dayanır. Onların dəstəyi olmadan bu günə gəlib çıxmaq mümkün olmazdı. Əlbəttə, QHT.az-ı daha çoxfunksiyalı və çoxşaxəli media platformasına çevirmək mümkündür, lakin bunun üçün daha geniş resurslara ehtiyac var. Biz isə məhdud imkanlarla maksimum nəticələr əldə etmişik". 

C.Hüseynzadə bildirib ki, əlavə edib ki, saytın fəaliyyəti dövründə onlarla yeni yaranan QHT-nin cəmiyyətə tanıdılmasına və fəaliyyətlərinin geniş auditoriyaya çatdırılmasına dəstək verilib: “Bu gün bir çox QHT-lərin uğurlarını görəndə, onların ilk addımlarında bizimlə birgə yol getdiyini xatırlamaq böyük qürur hissi yaradır. QHT.az sadəcə bir media vasitəsi deyil, həm də həmrəylik və inkişaf mərkəzidir.

Bu gün artıq QHT.az ətrafında bir ailə formalaşıb. Onlarla QHT bu platformanı sadəcə xəbər yayım vasitəsi kimi deyil, eyni zamanda öz təşəbbüslərini reallaşdırdıqları bir məkan kimi görür. Bu isə bizim üçün ən böyük uğurdur". 

C.Hüseynzadə qeyd edib ki, QHT.az-ın adının müxtəlif yerlərdə çəkildiyini tez-tez eşidir: "İşimizi bəyənərək dəyərləndirən hər kəsə təşəkkürümüzü bildiririk". 

Mia.az-ın kollektivi həmkarlarımızı təbrik edir!

Yolunuz açıq olsun, dostlar!

Seçilən
15
11
mia.az

10Mənbələr