ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Çin Tailand və Kamboca arasında dialoqun təşviqində və sərhəddəki gərginliyin azaldılmasında konstruktiv rol oynamağa hazırdır.
525.az xəbər verir ki, bu barədə Çin-ASEAN xarici işlər nazirlərinin görüşü çərçivəsində tailanddan olan həmkarı Marit Sanqiamphonqla görüşdə Çinin XİN başçısı Van Yi bildirib.
O deyib ki, Çin və Tailand bu il diplomatik münasibətlərin qurulmasının 50-ci ildönümünü - "Çin-Tailand dostluğunun qızıl yubileyini" qeyd edir. Nazir bildirib ki, Çin Tailandı öz milli şəraitinə uyğun inkişaf yolu tutmaqda qətiyyətlə dəstəkləyir və qonşularla diplomatik münasibətlərdə Çin-Tailand əlaqələrinə həmişə üstünlük verir. Qlobal ticarətdən danışan Van Yi ABŞ-ın birtərəfli qaydada tariflər tətbiq etməklə azad ticarət sistemini sarsıtdığını, qlobal istehsal və təchizat zəncirlərini pozduğunu vurğulayıb. O, Tailand və digər ASEAN ölkələrinin öz qanuni maraqlarını qoruyacaqlarına və birtərəfliliyə, güc siyasətinə və zorakılığa qarşı çıxacaqlarına əmin olduğunu bildirib.
Van Yi Tailand və Kamboca arasındakı sərhəd məsələsinə də toxunub, deyib ki, hər iki ölkə Çinin yaxşı qonşuları və dostlarıdır. Nazir hər iki tərəfin gərginliyi azaltmaq və sabitliyi mümkün qədər tez bərpa etmək üçün xoş niyyətlə, dialoq və məsləhətləşmələr yolu ilə problemi həll edəcəklərinə ümid etdiyini söyləyib. XİN rəhbəri əlavə edib ki, Çin obyektiv və qərəzsiz mövqeyini qoruyub saxlayacaq, iki ölkə arasında dinc münasibətlərin təşviqində konstruktiv rol oynayacaq.
Pərvanə Sultanova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.