AZ

Günay Ağamalı: QHT.az vətəndaş cəmiyyəti institutlarının inkişafı və sosial fəallığın təşviqi istiqamətində mühüm bir platformaya çevrilib

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə kollektivə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: 

"QHT.az saytının dəyərli kollektivi!

Sizi QHT.az informasiya portalının fəaliyyətə başlamasının 10 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Ötən illər ərzində QHT.az cəmiyyətdə vətəndaş cəmiyyəti institutlarının inkişafı, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin işıqlandırılması və sosial fəallığın təşviqi istiqamətində mühüm bir platformaya çevrilmişdir. Sizin operativ, obyektiv və milli maraqlara xidmət edən fəaliyyətiniz cəmiyyətimizdə şəffaflığın, ictimai nəzarətin və vətəndaş iştirakçılığının güclənməsinə töhfə vermişdir.

Əminəm ki, bu peşəkar və fədakar kollektiv gələcəkdə də cəmiyyətin maarifləndirilməsi, dövlət və qeyri-hökumət sektoru arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində fəaliyyətini daha da genişləndirəcəkdir.

Sizə yeni uğurlar, daim inkişaf, daha geniş oxucu auditoriyası və məsuliyyətli fəaliyyətinizdə davamlılıq arzulayıram!"

 

Seçilən
15
qht.az

1Mənbələr