Antalya Respublika Baş Prokurorluğu CHP sədri Özgür Özəl barəsində ictimaiyyəti yanıldan məlumat yaydığı üçün istintaqa başlayıb.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin Antalyada bugünkü mitinqindən sonra istintaqın başladığı bildirilir.
Antalya Respublika Baş Prokurorluğu Ö.Özəl tərəfindən Manavgat Bələdiyyəsini hədəf alan əməliyyatla bağlı verdiyi açıqlamalara görə onunla bağlı müvafiq qərarın verildiyini açıqlayıb.