AZ

Cəmilə Çingizqızı: "QHT.az ictimai sektorun aynası, fəal vətəndaş mövqeyinin tribunasıdır"

"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Çingizqızı QHT.az xəbər portalının 10 illik yubileyi münasibətilə səmimi təbrik ünvanlayıb:

"Əziz Cəsarət Hüseynzadə və dəyərli QHT.AZ komandası!

Cəmiyyətin ürəyinə gedən yol həmişə səmimiyyətdən, əzmkarlıqdan və dürüstlükdən keçir. Siz bu yolu seçdiniz və artıq 10 ildir ki, Azərbaycan vətəndaş cəmiyyətinin güvənilən informasiya mənbəyi kimi öz yerinizi möhkəmləndirmisiniz.

QHT.az təkcə bir xəbər portalı deyil, bu ictimai sektorun aynası, fəal vətəndaş mövqeyinin tribunası, biz QHT-lərin səsinə çevrilən bir məkandır. Biz – Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi və şəxsən öz adımdan bu 10 ildə göstərdiyiniz diqqətə, dəstəyə və daim yanımızda olduğunuza görə sizə təşəkkür edirik.

Mətbuat sahəsində həm obyektivlik, həm də insanlıq nümayiş etdirmək hər kəsin işi deyil. Amma siz bunu bacarırsınız. Yeni yaşınızda sizə daha da güclü platforma, yeni uğurlar və daimi oxucu sevgisi arzu edirik.

10 iliniz mübarək!"

Seçilən
31
qht.az

1Mənbələr