AZ

BMT-nin Fələstin üzrə konfransının vaxtı məlum oldu

BMT-nin Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfransı iyulun 28-dən 30-dək Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək.
 
Bu barədə Baş Assambleyanın 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç bildirib.
 
Tədbir İsrail və İran arasında münaqişə səbəbindən təxirə salınıb.
 
İyunun 17-dən 20-dək Səudiyyə Ərəbistanı və Fransa BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün qlobal səyləri inkişafına yönəlmiş yüksək səviyyəli konfrans təşkil etməli idilər. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması fonunda Fransa Prezidenti Emmanuel Makron tədbirin logistika və təhlükəsizlik məsələləri səbəbindən təxirə salındığını elan edib.
 
Ümumilikdə Fələstini BMT-nin 148 üzvü tanıyır. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. /Report/
 
Seçilən
21
4
moderator.az

10Mənbələr