AZ

Peruda avtobus aşıb, ölənlər və yaralananlar var

Perunun şimalındakı Lima bölgəsində, Paramonqada əyalətlərarası avtobusun aşması nəticəsində azı 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.

Məlumata görə, avtobus Karazdan Limaya gedirmiş. Pativilca-Huaraz avtomobil yolunun 19-cu kilometrliyində, Olla Çika və Olla Qrande rayonları arasında aşıb.

Yaralılar Pativilka və Barranka xəstəxanalarına aparılıb, bəzilərinin vəziyyəti ağırdır.

Seçilən
9
4
report.az

5Mənbələr