AZ

Maliyyə çatışmır, hamı savaşdan yorulub - BMT

Kiyev və Moskva arasındakı münaqişədən yorğunluq, həmçinin Avropa ölkələri və ABŞ-dan dəstəyin azalması BMT-nin Ukraynadan olan qaçqınlara yardım layihələrinin həyata keçirilməsinə təhlükə yaradır.

Axar.az xəbər verir ki, bunu BMT-dəki Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Emi Poup “Röyters” agentliyinə müsahibəsində deyib.

"Münaqişə üç il yarımdır ki, davam edir. Hər kəsin yorğun olduğunu söyləmək düzgün olar", - o vurğulayıb.

O qeyd edib ki, bir çox beynəlxalq proqramları maliyyələşdirməsini dayandırdığını elan edən Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra BMqT və digər BMT agentlikləri artıq ciddi maliyyə çatışmazlığı ilə üzləşib.

BMT rəsmisinin sözlərinə görə, təşkilatın Tramp administrasiyasının siyasəti nəticəsində yaranan büdcə kəsiri 1 milyard dollar təşkil edib.

Seçilən
158
1
axar.az

1Mənbələr