
"İndi növbə qaz çənlərindədir. Gürcüstandakı Lars Sərhəd Keçid Məntəqəsinin dayanacağında Ermənistanın maye qaz daşıyan əllidən çox yük maşını dayanıb sərhədi keçmək üçün gömrük prosedurlarının tamamlanmasını gözləyir.
Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, sürücülər jurnalistlərə bildiriblər ki, Gürcüstan gömrük xidməti heç bir aydın səbəb və rəsmi izahat olmadan Rusiyadan Ermənistana qayıdan yük maşınlarına yeni məhdudiyyətlər tətbiq edir.
"Rentgen çəkdirdilər, sənədləri götürdülər - vəssalam, cavab vermirlər. Biz orda ziyanla dayanmışıq, bilmirik nə edək. Hamının pasportunu, nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini götürüblər".
Sürücülərdən biri bildirib ki, illərdir Gürcüstan keçid məntəqəsindən problemsiz keçib, Rusiyaya gedib, maşınına maye qaz doldurub Ermənistana qayıdıb.Lakin indi Erçənista gedən maşınlar buraxılmır.
Elcan
Missiya.Az