AZ

Qarabağa səfərlərlə bağlı icazə müddətinin artırılması turizmin aktivləşməsinə müsbət təsir edəcək - ŞƏRH

Bakı.Trend:

Xəbər verdiyimiz kimi "Yolumuz Qarabağa”portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.

Bu turizmin inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı Trend-ə açıqlama verən turizm eksperti Rəhman Quliyevbildirib ki, bu gün Azərbaycanda daxili turizmin inkişafı üçünmühüm addımlar atılıb.

Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonlarına portal vasitəsilə 5 günlük icazənin verilməsi bölgədəböyük bir canlanmaya gətirib çıxaracaq. Bu gün yerli turistlərpaytaxtdan və digər rayonlardan Qarabağ bölgəsinə gedən turistlərinsayında artım müşahidə olunur. Uzun illər işğal altında qalanərazilərimizi yaxından görmək və dədə-baba yurdlarını ziyarət etməkməqsədilə səfərlər təşkil edirlər”.

“Həmin bölgədə turist sayı nə qədər çox olsa əhəmiyyətlidir.Bilirsiniz ki, azad olunan ərazilərdə müəyyən qədər köç olub.Turizmin inkişafı həmin insanların sosial rifahına xidmət edənaddımdır. Həmin bölgədə portal vasitəsilə verilən icazəninmüddətinin 5 günədək artırılması turizmin inkişafına öz töhfəsiniverəcək. Hesab edirəm ki, gələcəkdə Bakı-Laçın-Bakı,Bakı-Füzuli-Bakı istiqamətində aviareyslərin mütəmadiləşdirməklazımdır”-R.Quliyev bildirib.

Turizm eksperti Ceyhun Aşurov isə Trend-ə qeyd edib ki, bu addım turizmininkişafına müsbət təsir edəcək:

“Xüsusilə tətilin olduğu yay mövsümündə Qarabağ istiqamətipopulyar istiqamətlərdən biridir. İnsanlarımız azad olunmuşəraziləri görməyə can atırlar. Biz bunu sosial şəbəkələrdəkipaylaşımlardan da görürük. Xüsusilə orta məktəblilər, tələbələr,ailələr üçün bu istiqamətə getmək bu çox yaxşı şərait yaradır”.

“Müddətin 5 günə qədər artırılması əlbəttə bu istiqamətəgedənlərin də sayına müsbət təsir edəcək. İnsanlar həmin ərazilərəgetməklə torpaqlarımızı, şanlı tariximizi yaxından görmək imkanlarıqazanırlar. Xüsusilə tətil günlərində xaricdən gələn turistlərinsayında azalma olduğunu nəzərə alsaq, daxili turizmin aktivləşməsiüçün yaxşı addımlardan biridir”- C.Aşurov deyib.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr