BAKI, 12 İyul. TELEQRAF
18 rayonun ərazisində 39 kənd üzrə mövcud su şəbəkəsi genişləndirilirək, sayğaclar quraşdırılacaq.
Teleqraf xəbər verir ki, “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs bunun üçün polietilen borularının satınalınması ilə bağlı “STP Polymer” MMC ilə müqavilə imzalayıb.
Layihənin dəyəri 760 min 533 manatdır. İşlərlə bağlı satınalma müqaviləsi birmənbədən bağlanıb.
Qeyd edək ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) strukturunda fəaliyyət göstərən “STP Polymer” 100 min manat nizamnamə kapitalına malikdir.