Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi rusiyalı idmançıların beynəlxalq yarışlara buraxılması şərtlərinə yenidən baxıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Gimnastika Federasiyasının (RGF) mətbuat xidməti məlumat yayıb.
FIG İcraiyyə Komitəsinin iclası iyulun 9 və 10-da İsveçrənin Lozanna şəhərində baş tutub.
Rusiya gimnastlarının qəbulu qaydalarında dəyişikliklər:
– Rusiya idmançıları FIG-in himayəsi altında təkcə fərdi deyil, həm də qrup və komanda yarışlarında yarışa biləcəklər;