AZ

Temperatur yüksəldi, Bakı metrosu “sauna”ya çevrildi

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Artıq yay öz nəfəsini hiss etdirməyə başlayıb. Temperaturun yüksəlməsi ilə “Bakı Metropoliteni”ndə də problemlər üzə çıxıb.

İki gün əvvəl yeni nəsil qatarlarından birində kondisionerlərin işləməməsi ciddi narazılığa səbəb olub. Publik.az-ın əməkdaşının olduğu vaqonda sərnişinlər havasızlıqdan əziyyət çəkiblər. Hadisə zamanı yaşlı sərnişinlərdən biri istidən özünü pis hiss edib. Vaqonda olan digər sərnişinlər maşinistlə əlaqə saxlayaraq nəfəs ala bilmədiklərini, boğulduqlarını bildiriblər.

Şikayətdən sonra maşinist kondisioneri bir müddətlik işə salsa da, iki stansiya sonra sistem yenidən söndürülüb.

Maraqlıdır, kondisionerlərin yalnız müəyyən stansiyalar arası işlədilməsi hansı prinsipə əsaslanır? Bu, maşinistin qərarıdır, yoxsa sistem üzrə tənzimlənir? Ümumiyyətlə, yay mövsümündə kondisioner sistemlərinin işləməsi ilə bağlı xüsusi nəzarət mexanizmi varmı?

Məsələ ilə bağlı quruma sorğu ünvanladıq.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-ın sorğusuna cavab olaraq bildirdi ki, yeni nəsil qatarlar mikroiqlim nəzarət sistemləri ilə təchiz olunub:

“Bu tip nəzarət sistemi bütün mövsümlərdə avtomatik rejimdə işləyir. Hər hansı kənar müdaxilə olmadan sərnişin salonunun tələblərinə uyğun şəkildə, müvafiq parametrlər əsasında kondisionerin işləmə rejimi avtomatik tənzimlənir.

Maşinistlərin və ya başqa kənar şəxslərin bu sistemə müdaxilə imkanları yoxdur. Havalandırma sisteminə baxış keçirilməsi zərurəti yaranarsa, bununla bağlı texniki dəstəklə əlaqə saxlanılaraq yerində araşdırılır. Əgər texniki baxışın depo şəraitində aparılmasına ehtiyac duyularsa, qatar hərəkət qrafikinə xələl gətirilmədən xətdən çıxarılaraq “Nərimanov” elektrik deposuna göndərilir və texniki baxışdan keçirilərək müvafiq tədbirlər görülür”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
news24.az

3Mənbələr