Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ailə münasibətlərində harmoniya, sədaqət və anlayış hər kəsin arzusudur. Astrologiyada isə bəzi bürclər var ki, həm gəlin, həm də kürəkən kimi ailələrin sevimlisinə çevrilməkdə digərlərindən bir addım öndədirlər. Onlar məsuliyyətli, qayğıkeş və hörmətcildirlər.
BAKU.WS ideal gəlin və ya kürəkən obrazına ən çox uyğun gələn 3 bürcü təqdim edir:
Qız bürcü
Qız bürcləri intizamlı, məsuliyyətli və çalışqan xarakteri ilə seçilirlər. Onlar ailənin dəyərlərinə hörmətlə yanaşır, qayınata-qayınana münasibətlərində incə davranırlar. Qız bürcü gəlinlər evini təmiz, həyat yoldaşını məmnun, kürəkənlər isə etibarlı və yardımsevər olmaqla tanınır. Ən çox "evə can yandıran" bürc kimi yadda qalırlar.
Buğa bürcü
Buğalar səbirli, sabit və ailəyə bağlı insanlardır. Onlar ailə daxilində sabitlik və rahatlıq yaratmağı bacarırlar. Gəlin kimi çox çalışqan, mətbəxdə bacarıqlı və səssiz qalaraq danışıqla deyil, davranışla sevdirirlər.Kürəkən kimi isə maddi və mənəvi dayaq olurlar. Buğalar "birlikdə yaşamaq asandır" dediyiniz insanlardır.
Oğlaq bürcü
Oğlaq bürcü nümayəndələri məsuliyyətli, tərbiyəli və ciddi münasibətlərə üstünlük verən insanlardır. Onlar ailədə sabitlik və hörmət axtarır. Gəlin kimi ənənəyə sadiq, kürəkən kimi zəhmətkeş və etibarlıolurlar. Valideynlərə qarşı nəzakətli, ailə münasibətlərində isə çox realistdirlər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.