AZ

Havalar isinir: Mütəxəssislər nə tövsiyə edir?

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Havaların isti keçməsi yay fəslinin əsas göstəricilərindən bidir. 

Ancaq isti havalar və rütubətin artması xüsusilə yaşlıların, hamilə qadınların, uşaqların, xroniki xəstəlikləri olanların səhhətində ciddi problemlər yarada bilər.

Alimlər orqanizmdə mayenin azalmasının qarşısını almaq, günəşdən qorunma, balanslı qidalanma, sərin mühitlərdə qalmaq kimi tədbirlərlə riski əhəmiyyətli dərəcədə azaltmağın mümkün olduğu vurğulayırlar.

Həmçinin həddindən artıq istidə itirilən suyu və mineralları əvəz etmək üçün gündə ən azı 2,5-3 litr su içməyi tövsiyə edirlər.

Qeyd edilir ki, çay, qəhvə və qazlı içkilərin istehlakı məhdudlaşdırılmalı, bunun əvəzinə ayran və mineral su kimi mineral zənginləşdirici içkilərə üstünlük verilməlidir.

Günəş şüalarının ən güclü olduğu saat 11:00-16:00 arasında mümkün qədər çölə çıxmamaq tövsiyə edilir və qida rasionunun hava istiliyinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanır.

Həmçinin vurğulanır ki, həddindən artıq isti havalarda ağır, yağlı, qızardılmış qidalardan uzaq durmalı, təzə meyvə-tərəvəz qəbulu artırılmalıdır. 

Yeməklər kiçik hissələrdə və tez-tez fasilələrlə istehlak edilməlidir. 

Xüsusilə salatlara və qarpız, qovun kimi sulu qidalara üstünlük verilməlidir. Həddindən artıq isti və rütubətli havalarda idman etmək bədəni gərginləşdirərək, ürəyin həddindən artıq yüklənməsinə səbəb ola bilər. Səhər tezdən və ya axşam sərinliyində fiziki fəaliyyətdən qaçınılmalı və məşqdən əvvəl, məşq zamanı və sonra kifayət qədər su istehlak edilməlidir.

Qeyd edək ki, son günlər ölkəmizdə də havanın daha çox istiləşməsi müşahidə edilir. Yay mövsümünün başa çatmasına hələ bir neçə ay qaldığını nəzərə alsaq, vətəndaşlar mütəxəssislərin bu dövrdə təklif etdikləri tövsiyələrə riayət etmələri vacibdir. Bununla insanlar öz sağlamlığını qorumuş olurlar.  

Nigar

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
1
cebheinfo.az

2Mənbələr