AZ

Narazıların sayı artır: Bu ölkə də Maksın sosial şəbəkəsinə qarşı cinayət işi açdı

Fransa prokurorları amerikalı milyarder İlon Maska məxsus şirkətin alqoritmlərini "xarici müdaxilə" məqsədilə manipulyasiya etməsi ilə bağlı "X" sosial media saytı ilə bağlı cinayət işi açıb.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Hakim Lore Becco deyib ki, prokurorlar artıq təhqiqat başladıb və sosial şəbəkənin alqoritmlərini dəyişdirərək və saxtakarlıqla istifadəçilərdən məlumat əldə etməklə Fransa qanunlarını pozub-pozmadığını araşdırıblar.

O bildirib ki, cinayət təhqiqatı yanvar ayında başlanmış istintaqın davamıdır və bir millət vəkilinin və adı açıqlanmayan yüksək vəzifəli dövlət məmurunun şikayətlərinə əsaslanır.

Bildirilir ki, yanvar ayında istintaqa səbəb olan şikayətdə "X" “Fransada demokratik müzakirələri təhrif etmək məqsədi daşıyan külli miqdarda nifrət, irqçi, anti-LGBT+ və homofob siyasi məzmun yaymaqda” ittiham olunub.

İstintaq "X"-nin Paris və Brüsseldəki tənzimləyicilərinin getdikcə daha çox tənqid atəşinə tutulduğu bir vaxta təsadüf edir.

Seçilən
44
50
publika.az

10Mənbələr