AZ

“Zirə” ikinci yoxlama oyununa çıxır

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununu keçirəcək. Msport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Boluda İordaniyanın “Əl Hüseyin” klubu ilə qaürşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “qartallar” ilk görüşdə “Ankara Keçiörengücü” komandasına 2:1 hesabı ilə qalib gəlmişdi.

“Zirə” ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək. Qəsəbə klubu Xorvatiyanın “Hayduk” klubu ilə üz-üzə gələcək.

Seçilən
138
msport.az

1Mənbələr