AZ

PKK-nın tam tərksilah ediləcəyi tarix bəlli oldu

BAKI, 12 iyul. TELEQRAF

PKK terror təşkilatı sentyabrın sonuna qədər tam tərksilah ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Təşkilatın tam tərksilah edilməsi prosesinin sentyabrın sonuna qədər tamamlanması hədəflənir", - məlumatda deyilir.

Xatırladaq ki, PKK-nın silahsızlaşdırılması prosesi iyulun 11-də İraqın Süleymaniyyə şəhərində başlayıb. Təşkilatın 30 nəfərlik ilk qruplaşması həmin gün ictimai şəkildə silahlarını İraq və Türkiyənin aidiyyəti qurumlarının nəzarəti altında təhvil veriblər.

Prosesə Türkiyə tərəfindən Milli Kəşfiyyat Təşkilatı (MİT) nəzarət edir.

Seçilən
20
teleqraf.com

1Mənbələr