Bakı. Trend:
Dövlətin bu qədər genişmiqyaslı işi öz hesabına görməsisəyyahları təəccübləndirir.
Trendxəbər verir ki, bu sözləri təşkilatçı Mahmudov Mehraç deyib.
O bildirib ki, bu, Qarabağa 14-cü səfəridir:
“Bugünkü günə qədər Qarabağ zonasına 500-dən çox turistgətirmişik. Bu dəfə isə 14 ölkədən 30 turistimiz var. Onlardan 8-i“Grand Master” səyyahdır, yəni dünyanın bütün ölkələrini gəzmişinsanlardır. Biz burada əsasən üç şeyi göstəririk: dağıdılmışəraziləri, yenidən qurulmuş və tikilmiş yerləri, həmçinin bütün buişlərin Azərbaycanın öz hesabına görüldüyünü.
Eyni zamanda mina problemini də nümayiş etdiririk. Bu ərazilərminalarla doludur və təmizləmə işlərinə heç bir xarici dövlət və yabeynəlxalq təşkilat kömək etmir. Hər şeyi Azərbaycan özü həyatakeçirir”.
O qeyd edib ki, turistlər bütün gördüklərini sosial şəbəkələrdəpaylaşırlar.
“Onların yüz minlərlə izləyicisi var. Qarabağda görülən zərərlərvə yenidənqurma işləri ilə bağlı məlumatlar yayırlar. HəmçininQarabağın turizm potensialı barədə də paylaşım edirlər.
Dövlətin bu qədər genişmiqyaslı işi öz hesabına görməsi, yenievlərin sakinlərə pulsuz verilməsi, dövlət tərəfindən iş yerlərininyaradılması, minaların çoxluğu və onların təmizlənməsi işindəbeynəlxalq laqeydlik turistləri çox təəccübləndirir.
Yekunda bildirirəm ki, turistlər bütün bu faktlardan çoxtəsirlənirlər və bu həqiqətləri dünyaya çatdırırlar”, – deyətəşkilatçı əlavə edib.