AZ

Masallıda “Qırmızı Kitab”a düşən ağaclar süni şəkildə məhv edilir - FOTO

BAKI, 12 iyul. TELEQRAF

Masallıda meşəlik ərazidə yerləşən istirahət mərkəzində nadir ağacların məqsədli şəkildə məhv edildiyi aşkarlanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu barədə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəsmisi Kərəm Ağayev məlumat verib.

Onun sözlərinə görə, Qəriblər meşəbəyliyinin 8-ci dolayında yerləşən “Masallı Park İstisu” istirahət mərkəzinin ərazisində şabalıdyarpaq palıd ağaclarının kökünə mənşəyi məlum olmayan kimyəvi maddələr tökülərək onlar süni şəkildə məhv edilib. Məqsəd isə həmin sahədə çoxsaylı kotteclərin inşa edilməsidir.

Aparılan monitorinqlər zamanı “Qırmızı Kitab”a daxil edilmiş üç ədəd iri gövdəli şabalıdyarpaq palıd ağacının artıq məhv edildiyi aşkarlanıb. Kərəm Ağayev bildirib ki, ağaclardan birinin diametri təxminən 80 sm olub:

“Artıq həmin ağaclar tamamilə quruyub. Bundan əlavə, ərazinin peyk təsvirlərinin analizi zamanı da məlum meşə massivində çoxsaylı ağacın məhv edildiyini aydın şəkildə görmək mümkündür.”

Seçilən
4
teleqraf.com

1Mənbələr