AZ

Bu günə kimi 500-dən çox səyyah Qarabağa səfər edib

CƏBRAYIL, 12 iyul. TELEQRAF

Bu günə kimi 500-dən artıq səyyah Qarabağa səfər edib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri səyyahların Cəbrayıla təşkil olunmuş səfəri çərçivəsində təşkilatçı Mehrac Mahmudov media nümayəndələrinə bildirib.

Onun sözlərinə görə, demək olar ki, Qarabağa 500-dən çox səyahətçi gəlib:

"Bu gün isə növbəti 30 səyahətçi gəlib. Ümumi olaraq 14 ölkədən səyahətçilər gəlib. Onların içində 9 nəfəri dünyanın hər yerini gəzmiş səyahətçidir. Biz əsasən ərazilərimizi gəzib göstəririk və orada gedən quruculuq bərpa işləri ilə səyahətçiləri tanış edirik. Eyni zamanda Qarabağda minalı ərazilər barədə səyahətçiləri məlumatlandırırıq. Gəzdikləri, gördükləri hər bir yer haqqında çoxlu sual verirlər və hər bir sualı da cavablandırırıq. Bəli səyahətçilər isə balaca sahədə nə qədər minanın basdırılmasını görüb, təəssüf hissi keçirirlər.

Siz bilirsiniz ki, səyyahlarla turistlərin fərqi ondadır ki, planlı şəkildə gəlib gəzirlər və həyatlarını buna həsr edirlər. Adi turistlər isə istədiyi yeri gəzirlər", - o bildirib.

Seçilən
19
4
teleqraf.com

5Mənbələr