AZ

Öküzə görə hərbi helikopter havaya qaldırıldı

Qəribə hadisə inəkləri ilə məşhur olan İsveçrədə baş verib.

Avtosfer.az xəbər verir ki, Nöşatel kantonunda yaşayan fermerlərdən biri aqressiv davranışlı öküzün fermadan qaçdığı barədə dövlət qurumlarını məlumatlandırıb. Limuzin cinsli 600 kiloqramlıq buğanın tapılması üçün müvafiq strukturlar səfərbər olub.

Bir neçə saatlıq axtarış nəticə vermədiyi üçün işə hərbi helikopter də cəlb edilib. Lakin axşam düşdüyü üçün helikopter bazaya qayıdıb, axtarış dayanıb.

Ertəsi gün öküz başqa bir ərazidə inəklərin yanında sakitcə otlayarkən tapılıb. Fermerlər heyvanı sakit şəkildə götürüb fermaya qaytarıblar. Axtarışlar insidentsiz başa çatıb.
Hadisə Avropa mediasında geniş işıqlandırılıb.

Vüqar

Seçilən
11
1
avtosfer.az

2Mənbələr