AZ

PSV Ruben van Bommeli heyətinə qatdı

PSV 20 yaşlı niderlandlı sol cinah hücumçusu Ruben van Bommeli “AZ Alkmar”dan tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə Eyndhoven klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid PSV-yə 15,8 milyon avro məbləğ müqabilində başa gəlib.

Əlavə edək ki, Ruben ötənlərin sərt və kobud oyunu ilə məşhur niderlandlı keçmiş mərkəz yarımmüdafiəçisi, hazırda isə futbol məşqçisi Mark van Bommelin oğludur.

Ruben van Bommel “MVV Maastrixt”in məzundur. Hücumçu, karyerası ərzində həmçinin “AZ Alkmar”da oynayıb.
2024/2025-ci illər mövsümündə Ruben van Bommel “AZ Alkmar” üçün 13 oyun keçirib, 8 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Ruben van Bommel Niderlandın U-20 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya hələ dəvət almayıb.

Gənc hücumçu futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı niderlandlı sol cinah hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
1
arena.az

1Mənbələr