AZ

“Benfika” “Real”ın cinah müdafiəçisini satın aldı

“Benfika” 21 yaşlı ispan sol cinah müdafiəçisi Rafael Obradoru “Real”dan tamhüquqlu əsasda “qartallar”ın düşərgəsinə qatıb.

Arena.az bu barədə “Benfika”nın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Kütləvi informasiya vasitələrinə sızmış məlumata əsasın, keçid Portuqaliya nəhənginə 5 milyon avro məbləğ müqabilində başa gəlib. Bildirilir ki, müqaviləyə “Real”ın Obradoru geri satın almaq hüququ ilə bağlı maddə daxil edilib.

Rafael Obrador futbola “Kampos” klubunda qədəm qoyub, buradan “Malyorka”ya, ardınca “Real”a yol tapıb. 2020-ci ildə “Malyorka” ilə böük futbolda debüt etmiş Obrador 2022-20025-ci illərdə “Real”ın “B” komandasında oynayıb, 2024-2025-ci illərdə isə “Deportivo La-Korunya”da icarədə olub.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Obrador “Deportivo La-Korunya” üçün 34 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.

Rafael Obrador İspaniyanın U-15, U-16, U-18 və U-19 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.
Gənc futbolçu futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan sol cinah müdafiəçisinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr