AZ

Su əvəzinə çay və kofe içənlərə XƏBƏRDARLIQ

ain.az bildirir, Baku.ws portalına istinadən.

Gündəlik həyatımızda su içməyə çox zaman unutqan yanaşırıq. Çoxları düşünür ki, gün ərzində içilən çay və ya qəhvə bədənin maye ehtiyacını tam qarşılayır. Lakin mütəxəssislər bunun yanlış fikir olduğunu bildirirlər.

BAKU.WS xəbər verir ki, çay və kofe kimi içkilər su ilə maye qrupuna aid olsalar da, orqanizmin gündəlik su balansını tam şəkildə təmin etmirlər.

Diyetoloqlar və qidalanma mütəxəssisləri bildirirlər ki, qara çay və qəhvə tərkibindəki kofein səbəbindən sidikqovucu təsirə malikdir. Bu da onların bədəndə suyu saxlamaq əvəzinə, əksinə, bir qədər su itkisinə səbəb ola biləcəyini göstərir.

Orta hesabla bir insanın gündəlik 1.5–2 litr təmiz su qəbul etməsi tövsiyə olunur. Əgər gün ərzində çoxlu çay və qəhvə içirsinizsə, əlavə olaraq əlavə su içməyə xüsusi diqqət yetirmək lazımdır. Bunun üçün hər fincan qəhvədən sonra 1 stəkan su içmək, günə bir stəkan ilıq su ilə başlamaq, çayın tündlüyünü azaldaraq sidikqovucu təsiri aşağı salmaq olar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
2
baku.ws

3Mənbələr