AZ

Azərbaycan məndə ən xoş təəssürat yaratdı – Filippinli səyyah

Cəbrayıl. Trnd:

Azərbaycan məndə ən xoş təəssüratlar yaratdı.

Trend xəbər verir ki, bunufilippinli səyyah Canet Kordero Lanqan Cəbrayıla səfəri zamanıjurnalistlərə açıqlamasında deyib.

"Bu, mənim Azərbaycana ilk səfərimdir və ən çox səyahət ediləninsanlar və Filippin Qlobal Tədqiqatçılar qrupunun bir hissəsiolmaq mənə qismət oldu. Bu səfər ölkənin tarixi və müasirreallıqları ilə tanış olmaq üçün unikal imkan yaratdı", - odeyib.

İşğaldan azad edilmiş ərazilərə səfəri Korderonu xüsusilə heyranetdi.

"Biz minalanmış yerləri gördük. İndi hökumətin bura qayıdan vəyenidən başlamağa çalışan insanlar üçün nə etdiyini görmək mənəxoşbəxtlik gətirdi", - o vurğulayıb.

Korderonun sözlərinə görə, Azərbaycan onda ən xoş təəssüratlaryaradıb və o, gələcəkdə ölkəyə yenidən gəlməyə ümid edir.

Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrindən tanınmışsəyyahlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərçərçivəsində Cəbrayıl şəhərinə gəliblər. 15 ölkədən olan 30səyyahdan ibarət nümayəndə heyətinə “Most Traveled People” (MTP)klubunun təsisçisi, amerikalı Çarlz Veli rəhbərlik edir.

Səyyahlar Cəbrayıl şəhərinin mərkəzinə baş çəkiblər və buradaonlara aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Seçilən
28
1
az.trend.az

2Mənbələr