ADU-nun İxtisas ölkəsi ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova QHT.az saytının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə kollektivə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
"Etibarlı informasiya mənbəyi olan QHT.az xəbər portalın 10 yaşını qeyd edir. 10 il – təkcə informasiya deyil, həm də dəyər, məsuliyyət və cəmiyyətə xidmət tarixçəsidir. Bu 10 il ərzində portal yalnız media sahəsində deyil, eyni zamanda ictimai iştirakçılıq, şəffaflıq və sosial məsuliyyət mövzularında da cəmiyyət üçün dəyərli bir platformaya çevrilib. Ünvanlanmış təbriklər, səslənən fikirlər və arzular bunun sübutudur.
QHT.az media redaksiyası ictimai şuraların təşviqində, vətəndaş cəmiyyətinin səsinin eşidilməsində, ictimai dialoqun gücləndirilməsində mühüm rol oynayıb.
Bu portalın ideya müəllifi, təsisçisi və rəhbəri Cəsarət Hüseynzadə cəmiyyətin informasiya ilə maariflənməsinə, şəffaflığın təşviqinə və ictimai dialoqun gücləndirilməsinə xüsusi töhfələr verib.
Onun rəhbərliyi ilə qht.az həm peşəkar, həm obyektiv, həm də vicdanlı informasiya dili ilə cəmiyyətin inamını qazanıb.
Fəaliyyətim dövründə bu redaksiya ilə sıx əməkdaşlıq imkanım olub və onların prinsipial informasiya yanaşmasının şahidi olmuşam.
Əziz və dəyərli Cəsarət müəllim, səmimi-qəlbdən təbrik edirəm!
Daha böyük uğurlar, geniş auditoriya və daim yüksələn yol arzulayıram!