AZ

Manatın sabitliyi: Hansı risklər var?

Azərbaycan manatının məzənnəsinin növbəti beş ildə də sabit qalacağı proqnozlaşdırılır. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1,7 manat səviyyəsində saxlanılacaq. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib. Bəs manatın məzənnəsinin uzun müddət sabit qalması vətəndaşlara və iqtisadiyyatımıza nə verəcək?

“İxrac üçün ciddi çətinliklər yarada bilər”

İqtisadçı-ekspert Famil Niftiyev də düşünür ki, sabit məzənnə siyasətinin müəyyən müsbət əlamətləri mövcuddur: “Manatın sabitliyi dedikdə, onun məzənnəsinin bazar amillərinə baxmayaraq, qorunması, yəni süni şəkildə sabit saxlanılması başa düşülür. Bu sabitlik, ilk baxışdan, müsbət iqtisadi görüntü yaradır. Əhali və biznes subyektləri üçün daha proqnozlaşdırıla bilən maliyyə mühiti formalaşır. İstehlak mallarının, xüsusilə idxal məhsullarının qiymətində qeyri-sabitlik yaranmır. Dollarla borcu olan şəxslər və müəssisələr üçün valyuta riski azalır. İnflyasiyanın da idarəolunan səviyyədə saxlanılması məhz sabit məzənnənin nəticələrindən biridir. Bundan əlavə, maliyyə sektoru üçün də müəyyən rahatlıq yaranır - banklar üçün risklərin idarə olunması asanlaşır, kredit bazarında qeyri-müəyyənlik azalır”.

F.Niftiyevin sözlərinə görə, uzunmüddətli dövr üçün isə sabit məzənnə siyasətinin mənfi tərəfləri mövcuddur: “Əgər manatın məzənnəsi süni şəkildə saxlanılırsa, bu, ixrac üçün ciddi çətinlik yarada bilər. Məsələn, yerli məhsullar xarici bazarda rəqabət qabiliyyətini itirə, istehsalçılar isə qiymət baxımından qeyri-rentabelli mövqeyə düşə bilərlər. Belə olan halda ölkənin ixrac potensialı zəifləyir və bu durum qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir. Bundan əlavə, yerli istehsal əvəzinə ucuz və keyfiyyətsiz idxal məhsullarına üstünlük verilməsi daxili sənayenin zəifləməsinə səbəb olur. Digər bir risk ondan ibarətdir ki, sabit məzənnəni saxlamaq üçün Mərkəzi Bank daim valyuta bazarına müdaxilə etməlidir. Bu isə Dövlət Neft Fondundan və Mərkəzi Bankın ehtiyatlarından ardıcıl istifadəni tələb edir. Əgər dünya bazarlarında neftin qiymətində ciddi azalma baş verərsə və valyuta axınları zəifləyərsə, ehtiyatların tükənməsi riski yaranır. Bu ssenaridə qəfil devalvasiya qaçılmaz olur”.

Məzənnə sabit olanda spekulyativ gəlir əldə etmək imkanları azalır

İqtisadçının fikrincə, sabit məzənnə rejimi maliyyə sektoruna müəyyən imkanlar təqdim etsə də, bu sahənin inkişaf dinamikasını müəyyən mənada məhdudlaşdırır: “Məsələn, sabit məzənnə dövründə valyuta bazarında spekulyativ gəlir imkanları azalır. Banklar valyuta riski daşımadan kredit vermə üstünlüyü əldə etsə də, bu vəziyyət onları innovativ maliyyə alətləri və məhsullar yaratmağa təşviq etmir. Bu isə bank sektorunda yenilənməni zəiflədir və struktur islahatlarını ləngidir. Mərkəzi Bank bu sabitliyi qorumaq üçün əsasən üç əsas istiqamətdə fəaliyyət göstərir: valyuta bazarına intervensiyalar həyata keçirir, faiz dərəcələri vasitəsilə pul siyasətinə təsir edir və kapital axınlarını nəzarətdə saxlayır. Neft Fondu vasitəsilə hər ay keçirilən valyuta hərraclarında dolların bazara çıxarılması nəticəsində təklif tələbdən yüksək olur və bu da məzənnənin süni şəkildə sabit qalmasını təmin edir”.

Makroiqtisadi sabitliyin mühüm komponentlərindən biri

Seçilən
12
17
publika.az

10Mənbələr