AZ

Tovuzda yazılan qəhrəmanlıq tarixçəsi....

Qələbəmizlə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı.

Tovuz döyüşləri zamanı biz təkcə əsgərlərimizin qəhrəmanlığını deyil, eyni zamanda xalqın dövlətə və ordusuna necə dəstək verdiyini gördük.

Bəs hərbi ekspert Tovuz döyüşlərinin Azərbaycanın hərb tarixi üçün əhəmiyyətini necə şərh edir?

Hərbi ekspert Emin Həsənli mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun cəsarətini göstərdi:

“Tovuz döyüşlərinin Azərbaycan tarixində mühüm yeri var. Ermənistan 2020-ci ilin iyul ayında Azərbaycan ərazisinə hücüma keçdi ki, Azərbaycanın neft-qaz kəmərinin keçdiyi ərazin tutsun.

Məhz zamanla Ermənistanın Müdafiə Nazirliyi həm Avropa, həm də Amerikada keçirilən görüşlərdə etiraf etmişdi ki, yeni ərazilər işğal etmək istəyir. Azərbaycan Ordusu isə Tovuz döyüşlərində böyük qəhramanlıq göstərdi.

General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla 12 şəhidimiz oldu. Bu qəhrəmanlar öz qanları ilə Azərbaycan Ordusunun nə qədər cəsur olduğunu göstərdi.

Tovuz döyüşlərində zabitlərlə yanaşı, müddətdən artıq hərbi xidmətdə qulluq edən əsgərlərin iştirak etməsi Ordumuzun nə qədər cəsur, qorxusuz olmasının göstəricisidir. Bu döyüşlərdən əvvəl zabitlərimiz əsgərlərə “irəli” əmirini verirdisə, məhz Tovuz döyüşlərində sonra “ardımca” əmrini verdilər.

Tovuz döyüşlərində bütun xalq ordunun arxasında dayanaraq dəstək oldu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin atdığı cəsarətli, məqsədyölü adddımlar nəticəsində həm bu döyüşlərində, həm də 44 günlük müharibədə qələbə qazandıq, müstəqilliyimiz təmin olundu”.

Seçilən
6
cebheinfo.az

1Mənbələr