AZ

"Sabah"a iki qol vuran Kovaçeviç: "Bir top fərqi o qədər də böyük deyil"

“İlk hissədə istədiyimiz performansı göstərə bilməsək də, ikinci yarıda oyuna nəzarəti ələ almağı bacardıq. Rəqib birinci hissədə çox yaxşı mübarizə apardı”.

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Sloveniyanın “Selye" klubunun futbolçusu Franko Kovaçeviç Əlincə stadionunda ("Bank Respublika Arena") “Sabah”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Hər iki hissənin əvvəllərində fərqlənərək, "dubl" edən 26 yaşlı xorvatiyalı hücumçu qələbənin heç də asan başa gəlmədiyini bildirib: “Bizim üçün çətin oyun oldu. Düzdür, 3 qol vurduq. 2 qolla komandama kömək etdiyim üçün sevinirəm. Amma gərgin görüş keçdi. “Sabah” bizə qarşı yaxşı mübarizə apardı”.

Kovaçeviç mərhələ keçəcəklərinə inamını da dilə gətirib: “Cavab görüşü evdə olacaq. İlk matçda qalib gəldik, amma rahatlaşmamalıyıq. Bir top fərqi o qədər də böyük deyil. Əlimizdən gəldiyi qədər mübarizə aparıb, mərhələni keçəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada olacaq. "Selye" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

İdman.biz

Seçilən
4
2
idman.biz

3Mənbələr