AZ

İran nüvə silahı istehsal etmək istəsəydi, ən yaxşı bəhanəsi var idi – Nazir

Bakı. Trend:

İran nüvə silahlarının istehsalı istiqamətində hərəkət etməkniyyətində olsaydı, hazırkı şərait bunun üçün ən yaxşı bəhanəidi.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşdə deyib.

Onun sözlərinə görə, İran öz nüvə proqramı haqda nigaranlığıolan ölkələrə onun dinc məqsədli olduğunu sübut etmək üçün lazımolan bütün istiqamətlərdə hərəkət edib. Çünki İranın nüvə proqramıdinc məqsədlidir və dinc məqsədli olaraq qalacaq.

Araqçi deyib ki, İran nüvə silahlarını qeyri-insani vəqeyri-etik hesab edir.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başdirektoru Rafael Qrossi 3 mart 2025-də AEBA Direktorlar Şurasınıniclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranınhəcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqramaartırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganəqeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Məqalədə:
Seçilən
1
3
az.trend.az

5Mənbələr