AZ

Enreli "Kayzerslautern"in heyətində növbəti qolunu vurdu

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yeni klubu Almaniya "Kayzerslautern"inin heyətində növbəti qolunu vurub.

Teleqraf xəbər verir ki, 28 yaşlı hücumçu İngiltərə II Liqasında çıxış edən "Notts Kauntri" ilə qarşılaşmada fərqlənib.

Emreli 10-cu dəqiqədə komandasının 3-cü qolunun müəllifi olub.

Fasilədən sonra o, əvəzlənib.

Hazırda "Kayzerslautern" 3:0 hesabı ilə öndədir. "Notts Kauntri" 41-ci dəqiqədə qırmızı vərəqə alaraq, azlıqda qalıb.

Seçilən
61
teleqraf.com

1Mənbələr