AZ

Milli Qəhrəmanın qızı zəfərə aparan döyüşlərdən danışdı: Xalqı oyadan hadisə oldu

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Son danışığımız çox qısa çəkmişdi. Bizə deyirdi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Atamın şəhid olması xəbərini alanda bütün həyatımız dəyişdi".

Bunu Tovuz döyüşlərində şəhid olan Milli Qəhrəman İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva deyib.

O, Tovuz döyüşlərinin xalqı oyadan hadisə olduğunu vurğulayıb. "Atamın şəhid olması içimizdə dərin sükut və boşluq buraxdı. Amma biz həm də onunla qürur duyuruq. Mən qəhrəmanın qızıyam", - deyə şəhidin qızı əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:

Milli Qəhrəmanın qızı zəfərə aparan döyüşlərdən danışdı: "Xalqı oyadan hadisə oldu"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
oxu.az

2Mənbələr