Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
RTV xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.
Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni - Nurullah Mərdanov saxlanılıb.
Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.
Ətraflı RTV-nin sujetində: