AZ

Briciti qardaşı əvəz edir? Müəmmalı ölüm, qapazaltı və fərasətsiz Emmanuel

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İyulun əvvəlində Parisdə baş verən bir ölüm hadisəsi sadəcə özünəqəsd kimi dəyələndirilsə də, tezliklə Prezident Emmanuel Makronun ailəsinə və bütövlükdə Fransada siyasi proseslərə təsir edə biləcək hadisəyə çevrildi. Özünü yaşadığı binanın 12-ci mərtəbəsindən atan, yaxud atılan Fransua Favr Paris klinikalarından birində cərrah idi və adı Makronun həyat yoldaşı Bricitlə hallanırdı. Elə bu səbədəndir ki, Fransanın birinci ledisinin cinsi mənsubiyyətinə dair qaranlıq məqamlar və qeyri-adi ehtimallar Favrın ölümündən sonra daha da aktuallaşdı. Çünki mərhum cərrah hadisə baş verməsəydi, bir neçə gün sonra Bricit Makronun tərcümeyi-halı haqqında geniş müsahibə verəcəkdi...

Makronun həyat yoldaşı kimdir: Bricit, yoxsa Jan-Mişel?

Favr Bricit Makronun qadın deyil, transgender olduğuna dair iddialarla çıxış edən ilk və son şəxs deyil. Fransada bu mövzuda apardığı araşdırmalarla gündəm olan jurnalist Nataşa Rey prezident ailəsinin tapşırığı ilə polis tərəfindən təqib olunduğunu iddia edir. 2025-ci ilin əvvəlində Rey hətta Rusiya Dövlət Dumasına müaciət edərək vətəndaşlıq almaq istəyini də bildirib. Fransalı jurnalist hesab edir ki, Makron ailəsinin təqiblərindən qurtulmağın ən təhlükəsiz yolu ölkəni tərk etməkdir.

N.Rey Bricit haqqında ən ətraflı və eksklüziv araşdırmanın müəllifidir. Jurnalist hesab edir ki, Fransa prezidentinin həyat yoldaşı əslində qadın deyil, keçmiş kişidir. Bu ilin əvvəlində jurnalistə qarşı aparılan məhkəmə prosesi onu hüquqlarını pozan və obyektivlikdən uzaq olan qərarın çıxarılması ilə nəticələnib. Bu səbəbdən Reyin vəkili Fransua Danqlean Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edəcəklərini bildirib.

Fransa prezidentinin həyat yoldaşı jurnalist Reyə qarşı məhkəmə iddiasını ilk dəfə 2021-ci ildə qaldırıb, lakin uduzub. Belə ki, N.Rey Fransada ekstrasens kimi tanınan Amandin Rua (əsil adı Delfin Jequsdur) "YouTube" platforması üzərindən etdiyi müshibədə bildirib ki, Bricit Emmanuelə ərə getməmişdən öncə kişi olub və cinsiyyətini dəyişib. Onun kişilik dövrünün adı Jan-Mişeldir. N.Rey ilk instansiya məhkəməsini udsa da, Bricit Makron təkrar iddia qaldırıb və bu dəfə jurnalistə qalib gəlib: məhkəmənin qərarı ilə Rey 500 avro məbləğində cərimələnib və üzərinə 8000 avroluq kompensasiya ödəmək öhdəliyi qoyulub.

Fransa polisi Makron ailəsinin gizlinlərinin keşiyində

Makron ailəsinin jurnalistə təzyiqi və faktiki olaraq azad sözü boğmaq tədbirləri tək məhkəmə ilə məhudlaşmayıb. N.Rey onun polis tərəfindən mütəmadi izlənildiyini və hətta saxlanıldığı, kompüterinin müsadirə edildiyini bildirir. 2022-ci ildə jurnalist araşdırmasını çap etmədən öncə polis tərəfindən saxlanlıb, telefonu və kompüteri əlindən alınıb. Maraqlıdır ki, polis onu prezident ailəsinə yaxın bir qadınla əlaqə saxladıqdan dərhal sonra tutub. Çox güman ki, jurnalistin telefon danışıqları izlənirmiş və bu da müəyyən şübhələrə yol açır: əgər araşdırma mövzusu real və əsaslı arqumentlərə söykənmirsə, onda nə səbəbdən onun telefon danışıqları dinlənilir? "Məni çox alçaltdılar, təzyiq göstərdilər. Məqsəd də bu idi ki, cəmi bir neçə yüz nüsxəlik jurnaldakı yazım işıq üzü görməsin. Bu jurnal heç köşklərə də çıxmadı, onu yalnız bir yerdə - milliyyətçilərə məxsus mağazada almaq olardı", - deyə Rey bildirir. Jurnalistin sözlərinə görə, polislər bir müddət onu dilə də tutmağa çalışıblar. Polisin bu canfəşanlığı Reyə hətta qəribə görünüb: bir tərəfdən yazılanların yalan olduğunu iddia edir, digər tərəfdən isə onun çap ediləcəyinin ağır nəticələri barədə hədə-qorxu gəlirdilər.

N.Rey kifayət qədər qapalı həyat sürən jurnalistdir və əsasən şəxsi sosial şəbəkə hesablarından paylaşımlar edir. Onun barəsində son məlumat bundan ibarətdir ki, xərçəng xəstəsidir və ömrünün sonuna çox az qalıb. N.Rey bununla bağlı paylaşımında yazıb: "Mənim sayılı günlərim qalıb. Döş xərçəngindən əziyyət çəkirəm. Həkimlər mənə bir və ya iki il vaxt qoyublar...".

Bricitin kimliyini Trampa yaxın olan jurnalist də araşdırır

N.Rey Bricit Makronun cinsi mənsubiyyətinə dair araşdırma aparan tək jurnalist deyil. Bu mövzu amerikalı Kendis Ouensi də yaxından maraqlandırır. Ouens dərc etdiyi bir məqalədə əminliklə iddia edir ki, Fransa prezidentinin arvadı cinsiyyətini dəyişmiş kişidir və adı da Jan-Mişel Tronyedir. Amerikalı jurnalistin iddiasının ən qalmaqallı məqamı bundan ibarətdir ki, Jan-Mişel Bricitin qardaşıdır və özünü bacısının yerinə təqdim edir. Yəni əslində Bricit də var, sadəcə olaraq Makronun arvadı əsl Bricin deyil, onun adından və şəxsi məlumatlarından istifadə edən qardaşı Jan-Mişeldir. K.Ouens iddiasından o qədər arxayındır ki, hətta deyir: "Öz peşəkar reputasiyamı zərbə altına qoymağa hazıram və bildirirəm ki, Bricit Makron əslində, kişidir. Mən bu fakta gözlərimi qapatmaq fikrində deyiləm və digər jurnalistləri də araşdırmalara qoşulmağa səsləyirəm".

Ouens hesab edir ki, Tronye 30 yaşında qadın olub. Sübut kimi amerikalı jurnalist belə bir faktı gətirir ki, Bricit heç vaxt ictimaiyyətdə qardaşı Jan-Mişellə görünməyib və ailə fotolarını paylaşmayıb. Belə olduğu halda, onun qardaşı hara yoxa çıxıb? Əlavə məlumat üçün qeyd edək ki, Ouens siyasi fəaldır, onun "YouTube" kanalının dörd milyona yaxın abunəçisi var. O, Prezident Donald Trampın aktiv tərəfdarıdır. Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl Trampın Bricitin kimliyi ilə bağlı açıqlamaları da birmənalı qarşılanmayıb. Onun "Briciti yaxından görməsi və onu kişiyə oxşatmaması"nı deməsi müəyyən şübhələrə və ehtimallara səbəb olub.

Fransa tarixinin ən fərasətsiz və qalmaqallı prezidenti

Fransa prezidentinin ailə həyatı, onun yaxınları ətrafında dolaşan səs-küylü məlumat və hadisələr E.Makronu müasir Fransa tarixinin ən uğursuz lideri olmaqla yanaşı, həm də ən qalmaqallı rəhbəri edir. Şübhə yoxdur ki, Bricit Makronun cinsiyyətinə dair ən səhih və dəqiq təfərrüat Makronun hakimiyyət dövrü bitdikdən sonra ortaya çıxacaq. Hələlik o, özünün prezidentlik səlahiyyətindən istifadə edərək jurnalistlərin azad söz demək hüquqlarını məhdudlaşdırır. Necə ki, sosial problemlərlə bağlı narazılıqlarını bildirmək istəyən sıravi insanlar küçədə döyülür, müstəmləkələrdə isə insanların azadlıq hissləri qanlı vasitələrlə boğulur. Bir tərəfdən Paris olimpiadasının açılışında bütün dünyanın inanclı insanlarının hissiyyatına toxunan səhnəciklərə mənəvi sponsorluq edir və bunun demokratiya olduğunu bildirir, digər tərəfdənsə əsas siyasi opponentini siyasi mübarizədən zorakı yollarla kənarlaşdırır. Həyat yoldaşı onu bütün dünyanın gözləri önündə rüsvay etməkdən belə çəkinmir - Bricit medianın gözü qarşısında ərinə qapaz qoyur, ona tərəf Emmanuelin uzatdığı əli gah təyyarə trapında, gah da Britaniya kralının rəsmi qəbulunda havada saxlayır. O, tarixə həm də ən fərasətsiz prezident kimi düşəcək: xarici siyasətdə biabırçı məğlubiyyətləri sıralayan Makron belə görünür ki, cinsiyyəti müzakirə mövzusu olan arvadı ilə də bacarmır.

Rüstəm Qaraxanlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
4
oxu.az

3Mənbələr