AZ

Hansı məhsullar yuxu keyfiyyətini yaxşılaşdırır?

Yuxu pozuntularının qarşısını almaq üçün pəhrizdə bəzi bitki mənşəli məhsullara üstünlük verilməsi tövsiyə olunur.

E-saglam.az xəbər verir ki, Roskaçestvo Bitki mənşəli məhsulların inkişafı mərkəzinin rəhbəri Olesya Maxovanın sözlərinə görə, bəzi qidalar melatonin və maqnezium kimi maddələrlə zəngin olduğu üçün yuxuya getməni asanlaşdırır və yuxunun keyfiyyətini artırır.

Balqabaq tumları və ağ düyü faydalıdır

Mütəxəssis bildirib ki, balqabaq tumları maqnezium və sinklə zəngindir. Bu maddələr melatonin istehsalını stimullaşdırır və beləliklə, yuxu dövrlərinin normallaşmasına kömək edir. Ağ düyü isə tərkibindəki karbohidratlar sayəsində orqanizmin sakitləşməsini və yuxuya keçidi asanlaşdırır. Lakin bu məhsulların miqdarına diqqət yetirmək və həddindən artıq istehlakdan çəkinmək vacibdir.

Albalı, ispanaq və qoz – təbii yuxu dəstəyi

Albalı melatoninin təbii mənbəyidir. Yatmazdan təxminən bir saat əvvəl bir stəkan albalı şirəsi içmək və ya bir ovuc təzə albalı yemək daha sürətli yuxuya getməyə kömək edir. İspanaq isə maqnezium tərkibinə görə əzələləri və sinir sistemini rahatlaşdırır.

Yuxuda tez-tez oyananlara qoz yemək tövsiyə olunur. Qoz həm melatonin, həm də beyin funksiyalarını dəstəkləyən faydalı yağlarla zəngindir.

Nədən uzaq durmalı?

Maxova xəbərdarlıq edir ki, bəzi məhsullar əksinə, yuxu problemini artırır. Bunlara aşağıdakılar daxildir:

Yüksək şəkər tərkibli qidalar

Ədviyyatlı yeməklər

Qaz yaradan lobya və kələm

Günortadan sonra içilən güclü çay və qəhvə

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
3
e-saglam.az

1Mənbələr