AZ

Nurlu baxışların memarı, qayğıkeş həkim-Səlahəddin Təhməzov

Həkim peşəsi müqəddəsdir. Çünki həkimlər əzizlərimizi, bizi sağlamlığımıza qovuşdururlar. Elə həkimlərimiz var ki, onlar ilk ünsiyyətdən yüksək mədəniyyəti, dərin biliyi və davranışı ilə artıq xəstənin güvənini qazana bilirlər. Mərkəzi Hərbi Hospitalın oftalmologiya şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı doktor Səlahəddin Təhməzov bu cür həkimlərdəndir. Vətən müharibəsi zamanı əsgər və zabitlərimizin sağlamlığı üçün əlindən gələni edən Səlahəddin Təhməzovun həm həkim, həm də insan kimi haqqında xoş sözlər çox eşitmişdik. Amma yaxından tanımırdıq. 


Xanım əməkdaşlarımızdan biri dediyinə görə, az qala 30 ildən çox idi ki, eynək taxırdı və həmişə buna görə kompleks yaşayırdı. Lakin müayinəyə getdiyi həkimlərə güvənə bilmədiyi üçün eynəkdən azad olma əməliyyatına razılıq vermirdi. Bu günlərdə təsadüfən dostumuz Tural həkim Mərkəzi Hərbi Hospitalın oftalmologiya şöbəsinin rəisi Səlahəddin Təhməzovu məsləhət gördü və xanım əməkdaşı təkidlə onun qəbuluna göndərdik. Müayinədən qısa müddət sonra əməliyyat baş tutdu və xanımın gözləri indi çox yaxşı görür. 

Səlahəddin Təhməzov təkcə peşəkar həkim deyil, həm də əsl insandır, hər bir xəstə üçün doğma qardaşdır. Müayinəyə gələn insanların bir-birilə həkimin xoş münasibəti, diqqət və qayğısı barədə danışdıqları xoş sözlər də bunu sübut edir. Bütün bunlara görə biz də doktor Səlahəddin Təhməzova dərin təşəkkürümüzü bildiririk. Çox şadıq ki, ölkəmizdə bu cür peşəkar həkimlər var və onlara dövlətimiz tərəfindən də yüksək etimad göstərilir.
Seçilən
27
yenilik.az

1Mənbələr