AZ

Bavariya Kralı II Ludviqin dörd sarayı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib (FOTO)

Bakı. Trend:

UNESCO-nun Parisdə keçirilən sessiyasında qəbul olunan qəraraəsasən, Bavariya Kralı II Ludviqə məxsus dörd möhtəşəm saray –Noyşvanştayn, Herrenkimzi, Linderhof və Şaxsen dağ sarayı DünyaMədəni İrsi Siyahısına salınıb.

Trend xəbər verirki, füsunkar təbiət mənzərələri ilə əhatələnən bu memarlıq inciləriartıq 140 ilə yaxındır ki, turistlərin maraq mərkəzindədir. Təkcəötən il bu sarayları 1,7 milyondan çox insan ziyarət edib vəonların əksəriyyətini xarici turistlər təşkil edib.

II Ludviqin german mifologiyasına və Rixard Vaqnerin musiqisinəheyranlığını əks etdirən nağılsayağı Noyşvanştayn sarayı Alpdağlarının qoynunda, Orta Əsrlər üslubunda inşa olunub. Herrenkimzisarayı Versal sarayının bavariyalı cavabı kimi tanınır – onunzəngin salonları və simmetrik bağları barokko dövrünün təntənəsiniyaşadır. 1874-cü ildə inşası başa çatan Linderhof sarayı isə rokokoüslubunda tikilərək kralın şəxsi düşüncə dünyasını əks etdirənzərif bir sığınacaq olmuşdur. Dəniz səviyyəsindən 1870 metryüksəklikdə yerləşən Şaxsen dağ sarayı isə sadə xarici görünüşünəbaxmayaraq, Şərq naxışları və rəngarəng interyeri ilə seçilir.

Bavariyada bu dörd sarayın UNESCO siyahısına salınması məqsədilə25 il ərzində hazırlıq və lobbiçilik işləri aparılıb. Bu qərarlabirlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Almaniyadakıabidələrin sayı 54-ə çatıb.

Bavariya
Bavariya
Bavariya
Bavariya
Seçilən
22
az.trend.az

1Mənbələr