“Neftçi” yaxın günlərdə daha bir transferin anonsunu verəcək.
Bakılılar xeyli müddətdir danışıq aparılan Freddi Varqasla ortaq məxrəcə gəlib.
Günlərdir müqavilə şərtləri ilə bağlı aparılan müzakirələrdən sonra futbolçu ilə klub arasında razılıq əldə olunub.
“Ağ-qaralar” bu keçid üçün venezuelalı yarımmüdafiəçinin məxsus olduğu “Makkabi Netanya”ya müəyyən məbləğdə təzminat ödəyəcək.
Samir Abasov oyununu bəyəndiyi futbolçunu israrla sərəncamında görmək istəyir. Rəhbərlik də bunu nəzərə alaraq transfer üçün ciddi məbləğdən keçməyə razılıq verib.
Yarımmüdafiənin mərkəzində və sağ cinahında oynamaq bacarığı ilə seçilən 26 yaşlı futbolçu karyerası ərzində Venezuela və ABŞ klublarında çıxış edib.
2023-24 mövsümünü icarə əsasında İsrailin “Makkabi Bney Reyneh” klubunda keçirib, 2024-cü ilin yayında “Makkabi Netanya” ilə 2 illik müqavilə bağlayıb.
HƏBİB SPORTİNFO.AZ