AZ

Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...


Seçki kampaniyası zamanı ABŞ-ın 24 saat ərzində müharibəni bitirə biləcəyini iddia edən Donald Trampın səbri tükənməyə başlayıb. Ukraynada müharibəni dayandırmaq üçün Putini yola gətirə bilməyən Rusiyanı təhdid etməyə başlayıb.

Jurnalistlərin Ukraynaya hücumlarla bağlı suallarını cavablandıran Tramp "Bilirəm. Görəcəksən, yaxında nəsə olacaq" cavabını verib və iyulun 14-ü bazar ertəsi Rusiya ilə bağlı önəmli açıqlama verəcəyini bildirib. Tramp bundan əvvəl Rusiya lideri Putini Ukraynaya qarşı davam edən hücumlarına görə tənqid edib. O, Putinlə son telefon danışığından sonra məmnun olmadığını və Putinə kiçik bir sürpriz hazırladığını deyib. Lakin prezident hansı addımları atmağı planlaşdırdığı barədə konkret heç nə deməyib.

Trampın Ukraynaya silah yardımına başladıqdan sonra Rusiyaya qarşı böyük sanksiyalar paketi hazırladığı iddia edilir. ABŞ liderinin Putinə sürprizinin məhz bu olacağı, yeni sanksiyaları bazar ertəsi elan edəcəyi gözlənilir.

Tramp senator Lindsi Qrim tərəfindən təqdim olunan və Rusiyaya qarşı daha sərt sanksiyaları ehtiva edən qanun layihəsini Senatda qəbul edəcəyini gözlədiyini deyib. "Bu qanun layihəsinin istifadə olunub-olunmaması mənim qərarımdır. Onlar çox əhatəli və sərt sanksiyalar paketini qəbul edəcəklər, lakin bunu həyata keçirib-keçirməyəcəyi prezidentdən asılıdır" - deyə Tramp bildirib.

Kremlin sözçüsü Peskov isə Trampın açıqlamalarını yaxından izlədiklərini və prezidentin açıqlamasını gözlədiklərini bildirib. Rusiya rəsmiləri ABŞ-ın gözlənilən yeni sanksiyalarını “qanunsuz” və “Moskvaya təzyiq cəhdi” hesab edir.

Trampın bu bəyanatları Rusiya-Ukrayna müharibəsi ətrafında son günlər artan gərginliyin davamı kimi dəyərləndirilir. Trampın iyulun 14-də verəcəyi bəyanat həm Rusiya-Ukrayna müharibəsinin gedişi, həm də beynəlxalq münasibətlər baxımından kritik önəm daşıyır. Ekspertlərin fikrincə, ABŞ administrasiyasının atacağı addımlar təkcə regional deyil, həm də qlobal rezonans doğuracaq.

TAHİR

Seçilən
16
baki-xeber.com

1Mənbələr