AZ

Marsdan gələn daş 4 milyon dollara SATILIR

Sahra səhrasında tapılan və Marsdan gəldiyi təsdiqlənən 24 kiloqramlıq meteorit satışa çıxarılır.

News24.azxəbər verir ki,  bu, indiyə qədər yerə düşən ən böyük Mars mənşəli daş sayılır. “NWA 16788” adlanan bu daş, 16 iyulda Sotheby’s hərrac evində satışa çıxarılacaq və 4 milyon dollara qədər qiymət alacağı gözlənilir.

Marsdan gələn meteorların sayı çox azdır — 77 min meteorit arasında yalnız 400-ü Mars mənşəlidir. 

Bu daş isə onların içində ən böyüklərindən biridir. 2023-cü ildə Nigeriyada tapılan meteorit həm elmi, həm də kolleksiya baxımından çox dəyərlidir. 15 iyula qədər Sotheby’s-in Nyu York qalereyasında sərgilənəcək.

Xeyrənsə Piriyeva

Seçilən
6
news24.az

1Mənbələr