AZ

Günvurmanı necə hiss edə bilərik? -

Yay ay aylarında yüksək temperatur və birbaşa günəş şüalarına uzun müddət məruz qalmaq insanlarda günvurma (istivurma) hallarını artırır. Metbuat.az xəbər verir ki, bu vəziyyət bəzən həyati təhlükə yarada bilər. Günvurmaya məruz qaldığınız zaman bədən bəzi siqnallar verir. Mütəxəssislər xəbərdarlıq edir: bu simptomları görən kimi dərhal kölgəyə keçin və yardım çağırın. Günvurmanın əsas əlamətləri güclü baş ağrısı, başgicəllənmə və zəiflik, qızarmış və isti dəri, quru ağız və tərləmədə azalmadır. Bundan başqa, ürəkbulanma, qusma, nəbzin sürətlənməsi də bu simptomlara aiddir. İlkin yarımda gəlincə, günvuran şəxs dərhal kölgəyə və ya sərin bir yerə aparılmalıdır, baş və bədənə soyuq kompres tətbiq edilməlidir. Bol maye, xüsusilə su içirilməlidir. Bundan başqa, qətiyyən spirtli içkilər və isti qidalar verilməməlidir. Əgər şüur itkisi varsa, dərhal təcili tibbi yardım çağırılmalıdır. Qarşısını almaq üçün nə etmək lazımdır?

- Günorta saatlarında (12:00–16:00) birbaşa günəş altında qalmayın
- Geniş kənarlı papaq və gün eynəyi taxın
- Yüngül və açıq rəngli geyimlər seçin
- Bol su için, bədəni susuz qoymayın

Seçilən
10
metbuat.az

1Mənbələr