AZ

Qətər və Misirin İsraildən gözləntisi: Xəritədə dəyişiklik...

Qətər və Misir İsrailin Qəzza zolağından qoşunların çıxarılması planına dəyişiklik edəcəyini gözləyirlər.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl Ərəbiyyə” telekanalı mənbəyə istinadən məlumat yayıb.

“Vasitəçilər İsraildən qoşunların Qəzza zolağından çıxarılması üçün xəritələrdə dəyişiklik edəcəyini gözləyirlər”, - deyə adı açıqlanmayan mənbə kanala bildirib.

Onun sözlərinə görə, İsrail şənbə və ya bazar günü yenilənmiş planını təqdim edə bilər.

Seçilən
76
18
axar.az

10Mənbələr