AZ

Polşada hərəkət nəzarətçisinin səhvi iki qatarı eyni relsə yönləndirib

Bakı. Trend:

Polşanın cənub-şərqində yerləşən Raçiboviçe stansiyasında ciddiinsident baş verib.

Trend-in RMF24radiostansiyasına istinadən verdiyi məlumata görə, hərəkətnəzarətçisi iki sərnişin qatarını səhvən eyni rels xətti üzrəistiqamətləndirib.

Dəmir yolu şirkətinin nümayəndəsi bildirib ki, qatarlar arasındatəxminən 1000 metr məsafə olduğundan sərnişinlər və qatar heyətiüçün dərhal təhlükə yaranmayıb. Hadisə nəticəsində reyslərdətəxminən 90 dəqiqəlik fasilə yaranıb.

İnsident Krakov və Varşava arasındakı dəmir yolu hissəsindəxidmətin müvəqqəti dayandırılmasına səbəb olub. Hazırda məsələnixüsusi dəmir yolu komissiyası araşdırır. Xidmət tam bərpaolunub.

Seçilən
13
az.trend.az

1Mənbələr