BAKI, 13 iyul. TELEQRAF
Fransa prezidenti Emmanuel Makron son səfəri zamanı Böyük Britaniyanın baş naziri Key Starmeri alçaldıb.
Teleqraf xəbər verir ki, bu fikri Britaniyanın Daily Express tabloidi bildirib.
Nəşr Fransa Prezidneti E.Makronu Böyük Britaniyanın Baş nazirini alçaltmağa çalışmaqda ittiham edib. Belə ki, K.Starmerin özünün şərtlərin diktə edilməsinə icazə verdiyini vurğulayıb.
Siyasətçilərin Britaniya və Avropa İttifaqındakı miqrasiya böhranını müzakirə etdiyi vurğulanır. Jurnalistlər qeyd ediblər ki, Makron Aİ ölkələrini miqarntlardan qorumaq Britaniyanı hədəf seçib və oranımiqrantlar üçün mərkəzə çevirib.
Nəşr bildirir: "Biz sadəcə olaraq bir millət olaraq bir az daha alçaldılmış olduq. Bizim Brexitimiz (Böyük Britaniyanın Avropa İttifaqıüzvlüyündən çıxması - red.) daha da nüfuzdan düşür - yeri gəlmişkən, Makronun səfəri nə ilə bağlı idi", - məqalə beləyekunlaşır.